15 yaşlı futbolçu İngiltərədə yeni rekorda imza atdı

15 yaşlı futbolçu İngiltərədə yeni rekorda imza atdı

“Arsenal”ın 15 yaşlı futbolçusu İtan Nvaneri İngiltərə Premyer Liqasında yeni rekord müəyyənləşdirib. 

Fanat.Az xəbər verir ki, o, bu gün 8-ci tur çərçivəsində baş tutan “Brentford”la oyunda meydana çıxmaqla Premyer Liqada forma geyinmiş ən gənc oyunçuya çevrilib.

Nvaneri səfərdə 3:0 hesablı qələbə qazandıqları matçın 92+2-ci dəqiqəsində oyuna qoşulub. Hücumameyilli futbolçu buna 15 yaş 181 günlüyündə nail olub.   İPL-in əvvəlki rekordu “Liverpul”un futbolçusu Harvi Elliota məxsus idi. O, 16 yaş 30 günlüyündə çempionatda debüt etmişdi.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər