"Mançester Yunayted"in yay transfer pəncərəsi dövründə heyətinə qatmaq istədiyi Harri Maquyre ilə bağlı maraqlı fakt açıqlanıb.
Fanat.Az xəbər verir ki, "qırmızı şeytanlar"ın "Lester"in mərkəz müdafiəçisini ötən yay heyətinə qatmaq imkanı olub. Həmin vaxt "Hall Siti" "Mançester Yunayted"dən cəmi 15 milyon funt-sterlinq istəyib. Lakin klub bu transferdən imtina edib.
Nəticədə 13 miylon avro ödəyən "Lester" Maquyreni heyətinə qatıb. "Mançester Yunayted" bu yay mərkəz müdafiəçisi üçün 80 milyon funt-sterlinq təklif etsə də, "Lester" onu satmayıb.
İngiltərə Premyer Liqasında transfer pəncərəsi bağlandığından bu transfer ən azı qışa qədər reallaşmayacaq.
Qeyd edək ki, "Transfermakt" hazırda Maquyreyə 35 milyon avro qiymət qoyub. 25 yaşlı ingilis futbolçu ötən mövsüm forma geyindiyi 44 matçda 2 qol vurub və 3 məhsuldar ötürəm edib.
Fanat.Az