15 futbolçu yığmadan imtina etdi - ŞOK QƏRAR

15 futbolçu yığmadan imtina etdi - ŞOK QƏRAR

Venesuella yığmasının üzvüləri şok qərar verib. Fanat.az хəbər verir ki, 15 yığma üzvü komandanın "DÇ-2018"in seçmə mərhələsindəki qalan oyunlarına çıхmamaqla bağlı qərar qəbul edib.

Buna səbəb Venesuella Futbol Federasiyasının prezidenti Laureano Qonzalesin "Baş məşqçimizi qovdurmaq üçün pis oynayırlar" açıqlaması səbəb olub.

Futbolçular qərarlarını yaydıqları ortaq açıqlama ilə elan ediblər: "Bizə zərar verən bu rəhbərliklə yola davam etməyimiz mümkün deyil. Tənqidləri qəbul edib, zəif oyunumuzun məsuliyyətini üzərimizə götürürük. Amma baş məşqçimizi qovdurmağa çalışmağımızla bağlı ittihamı qəbul etmirik. Bu rəhbərlik işinə davam etdiyi müddətdə yığmada oynamayacağıq".

Qeyd edək ki, Venesuella yığması "DÇ-2018"in seçmə mərhələsində keçirdiyi 4 oyunun hamısında uduzub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər