14 yaşlı futbolçu "Qalatasaray"ın tarixinə düşdü - FOTOLAR

14 yaşlı futbolçu "Qalatasaray"ın tarixinə düşdü - FOTOLAR

"Qalatasaray" milli komandalaoın oyunlarına görə yaranmış fasilədən yararlanaraq yoxlama oyunu keçirib. Fanat.Az xəbər verir ki, İstanbul klubu Bolqarıstanda "Levski" ilə üz-üzə gəlib.

Oyun "Qalatasaray"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qollara 11-ci dəqiqədə Josue, 68-ci dəqiqədə Hamit Altıntop imza atıb.

Oyun daha çox 14 yaşlı futbolçunun "Qalatasaray"ın əsas heyətində debüt etməsi ilə yadda qalıb. Belə ki, baş məşqçi Jan Olde Riekerink 89-cu dəqiqədə 2002-ci il təvəllüdlü Mustafa Kapıyı meydana buraxaraq debüt şansı verib. Bununla da o, "Qalatasaray" tarixində əsas komandada forma geyinmiş ən gənc futbolçu olub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər