14 yaşlı futbolçu derbidə qol vurdu

14 yaşlı futbolçu derbidə qol vurdu
Paraqvay çempionatının güclülər dəstəsində baş tutan derbi matçında 14 yaşlı futbolçu qol vurub.
Fanat.Az xəbər verir ki, çempionatın XXIX turnunun matçında paytaxt Asunkionun iki klubu - "Serro Porteno" və "Olimpiya" üz-üzə gəlib. Bir həftə əvvəl əsas komandada ilk oyununu keçirən 14 yaşlı Fernando Ovelar meydana start heyətində çıxıb. "Serro Porteno"nun gənc üzvü 16-cı dəqiqədə rəqib qapısına yol taparaq derbidə qol vuran ən gənc futbolçu olub. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Qeyd edək ki, indiyədək 14 yaşında qol vuran futbolçu Freddi Adu olmuşdu. O, 2004-cü ildə ABŞ çempionatında (MLS) çıxış edən "DC Yunayted"in heyətində fərqlənərkən 14 yaşında olub. 
Güclülər dəstəsində ən gənc yaşda oynayan futbolçu isə Maurisio Baldivieso hesab olunur. O, 2009-cu ildə Boliviyanın "Aurora" klubunda debüt edərkən 12 yaşında olub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər