13 yaşlı yeniyetmə Böyük Britaniya futbolunun tarixinə düşdü

13 yaşlı yeniyetmə Böyük Britaniya futbolunun tarixinə düşdü

Şimali İrlandiyadan olan 13 yaşlı Kristofer Aterton böyüklər arasında rəsmi matçda meydana çıxan ən gənc oyunçu kimi, Böyük Britaniyanın futbol tarixinə düşüb. 

Fanat.Az xəbər verir ki, "Qlenavon"da çıxış edən yeniyetmə futbolçu Liqa Kubokunda "Dollinqstoun"la (6:0) görüşdə meydana çıxıb.

13 il 329 günlük göstərici ilə diqqət mərkəzinə düşən Aterton ikinci hissədə oyuna qoşulub və komandasının sonuncu qolunun məhsuldar ötürməsini edib. 

Beləliklə, Aterton 9 sentyabr 1980-ci ildə "Blekpul"da debüt edərkən 14 yaş 323 günlük olan Emon Kolinsin 42 illik rekordunu qırıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər