Futboldan 12 il müddətinə uzaqlaşdırılan Françesko Flakinin cəza müddəti başa çatıb.
Fanat.Az İtaliya mətbuatına istinadən xəbər verir ki, Françesko 46 yaşında futbola qayıdıb.
O, İtaliyanın 5-ci liqa komandalarından olan “Signa 1914” ilə müqavilə bağlayıb. Karyerası ərzində A Seriyasında 134 oyuna çıxan Flaki 42 qol vurub. Sözügedən futbolçu 2010-cu ildə narkotikadan istifadəyə görə futboldan uzaqlaşdırılmışdı. Flaki karyerası ərzində “Sampdoriya”, “Empoli”, “Breşiya” kimi komandalarda oynayıb.
Françesko Flaki müəyyən qədər oynayandan sonra məşqçiliyə başlamaq niyyətindədir.