"Beşiktaş" daha bir dünya ulduzunu heyətinə qatmaq istəyir. Fanat.Az xəbər verir ki, Çempionlar Liqası üçün iddialı heyət qurmaq niyyətində olan "Qara Qartallar" Pepedən sonra Alvaro Neqredonu hədəfə alıb.
Ötən mövsüm icarə əsasında "Midlsbro"da çıxış edən "Valensiya"nın hücumçusunun meneceri ilə danışıqlara başlayan türklər müsbət nəticələrə nail olub. İspan forvardın "Beşiktaş" rəhbərliyinə "Klubumla anlaşın, mən razıyam" mesajını göndərib.
"Midlsburo"nun heyətində meydana çıxdığı 39 matçda 10 qol vuran və 5 məhsuldar ötürmə edən 31 yaşlı futbolçu 2015-ci ildə "Mançester Siti"dən "Valensiya"ya 28 milyon avroya (112 milyon lirə) transfer olunub.
Fanat.Az