100 milyonluq futbolçunu o əvəzləyəcək

100 milyonluq futbolçunu o əvəzləyəcək

Dortmund "Borussiya"sı "Real Madrid"ə keçən yarımmüdafiəçi Cud Bellinqemin yerinə prioritet namizədi müəyyənləşdirib. 

Fanat.Az xəbər verir ki, almanlar "Çelsi" klubundan Konor Qallageri transfer etmək istəyir. 

İnformasiyanı jurnalist Florian Plettenberq yayıb. Mənbənin məlumatına görə, "zadəganlar" yetirməsini bu mövsümlərarası fasilədə satmağa hazırdırlar, lakin təzminat məbləği olaraq ən azı 50 milyon avro tələb olunur. “Borussiya”nın bu pulu ödəməyə razı olub-olmadığı hələ məlum deyil. 

Qallagerlə "Vest Hem" və "Nyukasl" klublarının da maraqlandığı bildirilir.

Qeyd edək ki, Dortmund klubu Bellinqemi bir neçə gün əvvəl "Real"a 100 milyon avroya satıb. 

Mirağa 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər