100 milyonluq futbolçu siqaretlə yaxalandı - FOTO

100 milyonluq futbolçu siqaretlə yaxalandı - FOTO

İtaliyanın "Yuventus" klubundan İngiltərənin "Mançester Yunayted" klubuna transfer rekordu qıraraq getməsi gözlənilən Pol Poqba ABŞ-ın Mayami çimərliklərində dincəlir.

Fanat.az xəbər verir ki, Qvineya mənşəli Fransa millisinin mərkəz yarımmüdafiəçisi bir gəmidə siqaret çəkərkən paparatsilərin hədəfinə tuş gəlib.

Qeyd edək ki, "Mançester Yunayted"in Poqba üçün 100 milyon avro transfer haqqı təklif etdiyi deyilir.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər