10 futbolçunu qovdu, oğlunu komandasına gətirdi

10 futbolçunu qovdu, oğlunu komandasına gətirdi

"İnter Mayami"nin baş məşqçisi Fil Nevill MLS-dəki zəif nəticələrdən sonra heyətdə radikal dəyişikliklərə əl atıb.

Fanat.Az xəbər verir ki, keçmiş ingilis futbolçu Devid Bekhemə məxsus klubda 10 (!) futbolçu heyətdən kənarlaşdırılıb.  

Buna komandanın ötən həftə MLS-də pley-off mərhələsindən kənarda qalacağı müəyyənləşdikdən sonra qərar verilib. Corc Akosta, Ventura Alvarado, Dilan Kastaneyra, Cey Çapmen, Sami Qediri, Kelvin Lerdam, Con Makkarti, Coş Penn, Patrik Siqrist və Viktor Ulloa rəhbərliyin maaş limiti cəzasına görə heyətdən kənarda qalıb.

Qonsalo İquayin və Blez Matyuidi kimi oyunçuların çıxış etdiyi "İnter Mayami"nin pilot komandası olan "Fort-Loderdeyl" klubundan bəzi oyunçular, o cümlədən Fil Nevilin oğlu Harvi Nevill də cəlb olunub. Ata Nevil oğlu ilə bağlı "Onda yaxşı inkişaf prosesi gedir. Harvinin gedəcəyi çox yol var, lakin o, bir müddət MLS-də bizimlə olacaq" deyə açıqlama verib.

Qeyd edək ki, Bekhemin oğlu Romeo da "Fort-Loderdeyl"də çıxış edir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər