“Zəngəzur”dan Yunanıstan klubu ilə heç-heçə

“Zəngəzur”dan Yunanıstan klubu ilə heç-heçə

“Zəngəzur” minifutbol komandası Bolqarıstanda təşkil edilən Avropa Kubokuna ikinci oyununu keçirib.

Fanat.Az xəbər verir ki, A qrupunda yer alan Azərbaycan təmsilçisi Yunanıstan klubu TMT ilə qarşılaşıb.

“Zəngəzur” matçın gedişində 2:0 hesabı ilə önə keçsə də, üstünlüyünü qoruya bilməyib. Görüş heç-heçə başa çatıb - 3:3.

Azərbaycan komandası qrupda növbəti matçını Çexiyanın “Veşka Olomuç” klubuna qarşı keçirəcək.

“Zəngəzur” ötən gün qrupun ilk turunda Bolqarıstan təmsilçisi “Qalaktiko Vratsa”ya 2:0 hesabı ilə qalib gəlib.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər