Xavi "Qalatasaray"la səfər matçında nə vəd etdi?

Xavi "Qalatasaray"la səfər matçında nə vəd etdi?

"Barselona"nın baş məşqçisi Xavi La Liqanın son turunda "Osasuna" üzərində qazandıqları böyük hesablı (4:0) qələbədən sonra "Qalatasaray"la oyunlara da toxunub.

Fanat.Az xəbər verir ki, "Sport.es" onun söylədiklərini belə çatdırıb: 

"Qalatasaray"la matça yaxşı köklənə bilməmişdik. Buna qədər futbolçulara demişdim ki, zəif motivasiya ilə qələbə qazanmaq müşkül məsələdir. Həftəyə "Osasuna" ilə oyundakı nəticə ilə əla başlamış sayılırıq. Türkiyəyə qələbə dalınca gedəcək, meydana güclü heyətlə çıxacağıq. Birinci görüşdə də zəfərə layiq idik. Növbəti mərhələyə adlamaq istəyiriksə, yaxşı oyun sərgiləməliyik. Əlbəttə, hər şeyin necə alınacağını zaman göstərəcək".

Qeyd edək ki, Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində baş tutan matçda "Barselona" "Nou Kamp"da "Qalatasaray"la qolsuz bərabərliyə razılaşıb. Tərəflərin cxavab qarşılaşması martın 17-də keçiriləcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər