Xavi "Qalatasaray"la oyunun fasiləsində yetirmələrinə nə deyib?

Xavi "Qalatasaray"la oyunun fasiləsində yetirmələrinə nə deyib?

Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununun  - "Qalatasaray"la matçın (0:0) fasiləsində baş məşqçi Xavinin "Barselona"nın futbolçularına nə dediyi bəlli olub.

Fanat.Az xəbər verir ki, "El Chiringuito TV" mütəxəssisin özündən çıxdığını, yetirmələrini yüksək səslə iradlarını çatdırdığını açıqlayıb.

41 yaşlı çalışdırıcı ayrı-ayrı futbolçuların hansı epizodda zəif təsir bağışladığını emosianal şəkildə izah etməklə yanaşı, bütün komandanı da bu cümlə ilə hədələyib:

"Kimsə oynamaq istəmirsə, meydanda ayaqlarını sürüməklə işinin bitdiyini sayırsa, mənə bunu indi desin!"

Qeyd edək ki, tərəflərin cavab görüşü martın 17-də "Türk Telekom"da baş tutacaq.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər