Ukrayna Rusiyaya görə Avropa çempionatından imtina etdi

Ukrayna Rusiyaya görə Avropa çempionatından imtina etdi

Ukrayna samboçuları Serbiyanın Novi Sad şəhərində keçiriləcək yeniyetmə, gənclər və böyüklər arasında Avropa çempionatına qatılmaqdan imtina edib.

Fanat.Az xəbər verir ki, Ukrayna Sambo Federasiyası yarışa qatılmayacaqlarını açıqlayıb.

Buna Beynəlxalq və Avropa Sambo Federasiyasının Rusiya ilə Belarus idmançılarının Avropa çempionatında iştirakına icazə verməsi səbəb olub.

Qeyd edək ki, qitə birinciliyi 14 - 19 sentyabrda baş tutacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər