UFC-323 Las Veqasda - İki kəmər, bir gecə

UFC-323 Las Veqasda - İki kəmər, bir gecə

UFC başqanı Dana Uayt UFC-323-ün əsas döyüşlərini rəsmən təsdiqləyib.

Fanat.Az xəbər verir ki, 2025-ci ilin son PPV-si dekabrın 6-da Las Veqasda baş tutacaq və gecədə iki çempionluq qarşılaşması keçiriləcək.

Aleksandr Pantoja (çempion) və Yoşua Van "Flyweight" kəmərini qazanmağa çalışacaqlar. Merab Dvalişvili (çempion) ilə Petr Yan isə "Bantamweight" kəməri uğrunda revanş qarşılaşmasında üz-üzə gələcəklər.

Mütəxəssislər bu iki döyüşü UFC-323-ü ilin ən baxımlı MMA gecələrindən birinə çevirəcəyini proqnozlaşdırırlar. Revanş xarakterli Dvalişvili–Yan qarşılaşması azarkeşlər arasında böyük maraq doğurursa, Pantoja və Van dueli gənclik enerjisi ilə təcrübənin qarşıdurması qismində qiymətləndirilir.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər