UFC 319-da tarixi gecə: Çimayev DDP-yə qarşı

UFC 319-da tarixi gecə: Çimayev DDP-yə qarşı

Bu gecə döyüş həvəskarları üçün unuldulmaz anlardan biri yaşanacaq.

Fanat.Az xəbər verir ki, Çikaqonun "United Center" arenasında keçiriləcək UFC 319-un əsas döyüşündə Drikus Du Plessis çempion kəmərini məğlubiyyətsiz ulduz Xəmzət Çimayev qarşısında müdafiə edəcək.

Du Plessis ardıcıl 9 UFC qələbəsi ilə çempionluğunu təsdiqləmək istəyir, Çimayev isə hələ də UFC-də məğlubiyyət görməyib və ilk kəmərini qazanmaq niyyətindədir.

Həmçinin tərəzidə çəkidən sonra idmançılar arasında baş verən gərginlik az qala döyüşə çevrilib. Hər iki tərəf üz-üzə gələndə əsəblər gərilib, Dana Uayt və təhlükəsizlik əməkdaşlarının müdaxiləsi sayəsində vəziyyət nəzarət altına alınıb.

Döyüş həm təşkilat, həm də MMA dünyası üçün tarixi an ola bilər.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər