UEFA Budapeştdə keçiriləcək Super Kubok qarşılaşmasına bilet satışına başlayıb.
Fanat.Az xəbər verir ki, Superkubok uğrunda görüşdə Çempionlar Liqasının qalibi "Bavariya” ilə Avropa Liqasında hamını üstələmiş "Sevilya” qarşılaşacaq.
Biletləri "uefa.com/tickets" linkindən almaq olar.
Qeyd edək ki, pandemiya ilə əlaqədar stadionun tutumunun 30 faizi qədər bilet satılacaq.