UEFA Şahruddinin "seyv"ini paylaşdı - VİDEO

UEFA Şahruddinin "seyv"ini paylaşdı - VİDEO

UEFA Konfrans Liqası millimizin və turnirdəki təmsilçimiz "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyevi fərqləndirib.

Fanat.Az xəbər verir ki, turnirin rəsmi "Twitter" səhifəsində 27 yaşlı qolkiperin "Kayrat"la oyundakı "seyv"i paylaşılıb.

Videoya "Şahrudin Məhəmmədəliyevin refleksi" rəyi qeyd olunub. 

Xatırladaq ki, bu gün UEFA KL-in 5-ci turu çərçivəsində "Qarabağ" öz meydanında Kipr "Omoniya"sını qəbul edəcək. Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək görüş 21:45-də start götürəcək.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər