UEFA Şahruddini fərqləndirdi - VİDEO

UEFA Şahruddini fərqləndirdi - VİDEO

UEFA Konfrans Liqasının rəsmi "Twitter" səhifəsində növbəti paylaşım edilib. 

Fanat.Az xəbər verir ki, postda turnirdə çıxış edən klubların 4 qapıçısı fərqləndirilib və onların arasında "Qarabağ"ın qolkiperi Şahruddin Məhəmmədəliyev də yer alıb.

Paylaşımda izləyicilərə "Dörd əla qurtarış, hansını bəyəndiniz? sualı ünvanıb. 

Şahruddinlə yanaşı Danimarka "Kopenhagen"indən Kamil Qrabara, Sloveniya "Mura"sından Marko Zalokar və Almaniyanın "Union" komandasından Frederik Rönnovun "seyv"ləri də fərqləndirilib. 

Qeyd edək ki, turnirin sonuncu - VI turunda "Qarabağ" səfərdə "Bazel"ə 0:3 hesabı ilə məğlub olub. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər