U-23 İngiltərəni "quru" hesabla yenib yarımfinala yüksəldi

U-23 İngiltərəni "quru" hesabla yenib yarımfinala yüksəldi

Azərbaycanın minifutbol üzrə U-23 millisi Xorvatiyanın Malıy Loşin şəhərində təşkil olunan dünya çempionatında yarımfinala yüksəlib.

Fanat.Az xəbər verir ki, 1/4 finalda İngiltərənin uyğun yaş qrupundan ibarət komandası ilə qarşılaşan Rəcəb Fərəczadənin rəhbərlik etdiyi kollektiv 3:0 hesabı ilə qalib gəlib.

Yığmamızın yarımfinal görüşü sabah baş tutacaq.

Qeyd edək ki, Azərbaycan millisi qrup mərhələsində keçirdiyi oyunlarda Serbiyaya 1:5, Çexiyaya 0:2 hesabı ilə uduzub, Hindistan yığmasından isə üstün olub - 16:0.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər