Tramp 80 yaşını döyüş gecəsi ilə qeyd edəcək – UFC Ağ Evdə

Tramp 80 yaşını döyüş gecəsi ilə qeyd edəcək – UFC Ağ Evdə

ABŞ-ın prezidenti Donald Tramp UFC ilə birlikdə keçiriləcək “Ağ Ev döyüş gecəsi"nin tarixini açıqlayıb.

Fanat.Az xəbər verir ki, tədbir 2026-cı ilin 14 iyununda – onun 80-ci doğum günündə baş tutacaq.

Uzun illərdir UFC prezidenti Dana Uayt ilə dostluq əlaqələrini saxlayan Tramp döyüş gecəsinin Ağ Evin Cənub Bağçasında keçiriləcəyini bildirib. Bu tədbir döyüş idmanları tarixində ilk dəfə Ağ Evdə reallaşacaq UFC gecəsi kimi tarixə düşəcək.

Tədbirdə bir neçə ulduz döyüşçünün iştirakı gözlənilir və UFC rəhbərliyi arenanın quraşdırılması üçün 700 min dollar büdcə ayırıb.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər