Tokio marafonu təxirə salındı

Tokio marafonu təxirə salındı
2021-ci il martın 7-də Yaponiyanın paytaxtı Tokioda keçirilməsi planlaşdırılan marafon təxirə salınıb.
Fanat.Az xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb.
 
Turnirin 2021-ci il oktyabrın 17-də keçirilməsi qərara alınıb. Marafonla bağlı tədbirlər martın əvvəllərində bir həftə ərzində baş tutacaq. Bunlara iştirakçılar üçün virtual marafon və Tokioda keçiriləcək atletika yarışları daxil olacaq.
Bu ilk Tokio marafonu martın 1-də gerçəkləşib. Koronavirusun yayılması səbəbindən həvəskar qaçışçıların iştirakı olmadan keçirilmiş yarışa 200 peşəkar idmançı qatılıb.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər