Tofiq Musayev amerikalı ulduza meydan oxudu

Tofiq Musayev amerikalı ulduza meydan oxudu

Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev Slovakiya təmsilçisi Lüdovit Kleini 2-ci raundda texniki nokautla məğlub edərək UFC-dəki ikinci qələbəsini qazanıb.

Fanat.Az xəbər verir ki, təmsilçimiz qarşılaşmadan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıraraq növbəti planları barədə danışıb.

Təcrübəli idmançı xüsusilə Bobbi Qrinlə oktaqona çıxmağa hazır olduğunu bəyan edib.

Tofiqin hədəf göstərdiyi amerikalı idmançı UFC yüngül çəki dərəcəsinin ən təcrübəli, baxımlı və parlaq döyüş stili ilə tanınan veteranlarından biridir.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər