"Superbet Chess Classic": Məmmədyarov "zirzəmi"dən qurtula biləcək?

"Superbet Chess Classic": Məmmədyarov "zirzəmi"dən qurtula biləcək?

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan "Grand Chess Tour" seriyasının birinci mərhələsi - "Superbet Chess Classic" turnirində bu gün növbəti görüşünü keçirəcək.

Fanat.Az xəbər verir ki, 37 yaşlı qrossmeyster dairəvi sistemlə təşkil olunan yarışın altıncı turunda dünya reytinqində 3-cü sırada olan 18 yaşlı Fransa şahmatçısı Alireza Firuzca ilə üz-üzə gələcək. 

Məmmədyarov ilk və beşinci turlarda müvafiq olaraq Uesli Soya (ABŞ) və Fabiano Karuanaya (ABŞ) uduzub, ikinci, üçüncü və dördüncü qarşılaşmasında isə Rixard Rapport (Macarıstan), Maksim Vaşye-Laqrav (Fransa) və Daniel-Boqdan Dyakla (Rumıniya) heç-heçə edib. Təmsilçimiz 1,5 xalla 10 şahmatçı arasında sonuncudur. Turnir cədvəlinə 3,5 xala sahib Uesli So başçılıq edir.

Mayın 14-dək davam edəcək yarışın ümumi mükafat fondu 350 000 ABŞ dollarıdır.

Qeyd edək ki, ötən il baş tutmuş "Superbet Chess Classic" turnirinin qalibi Şəhriyar Məmmədyarov olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər