"Superbet Chess Classic": Məmmədyarov ev sahibinə qarşı

"Superbet Chess Classic": Məmmədyarov ev sahibinə qarşı

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan "Grand Chess Tour" seriyasının birinci mərhələsində - "Superbet Chess Classic" turnirində növbəti görüşünü keçirəcək.

Fanat.Az xəbər verir ki, 37 yaşlı qrossmeyster dairəvi sistemlə keçirilən yarışın dördüncü turunda ağ fiqurlarla yerli şahmatçı Daniel-Boqdan Dyak ilə üz-üzə gələcək.

Məmmədyarov ilk turda Uesli Soya (ABŞ) uduzub, ikinci və üçüncü qarşılaşmalarında, müvafiq olaraq, Rixard Rapportla (Macarıstan) və Maksim Vaşye-Laqravla (Fransa) heç-heçə edib. Hesabında 1 xal olan təcrübəli şahmatçı Rapport və Alireza Firuzca (Fransa) ilə 8-10-cu yerləri bölüşdürür.

Mayın 14-dək davam edəcək yarışın ümumi mükafat fondu 350 000 ABŞ dollarıdır.

Qeyd edək ki, Şəhriyar Məmmədyarov ötən il keçirilən analoji turnirin qalibi olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər