Santuş Slovakiyaya məğlubiyyəti belə dəyərləndirdi

Santuş Slovakiyaya məğlubiyyəti belə dəyərləndirdi

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Slovakiya yığmasına Millətlər Liqasında uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis rəwib meydanında aldıqları 0:2 hesablı məğlubiyyəti belə dəyərləndirib:

"Rəqib komandanı qələbə münasibəti ilə təbrik edirəm. Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni etdik. Oyun ərzində topu çox itirirdik. Slovakiyanı əks-hücumlarda yaxalamaq istəyirdik. Rəqib çox pressinq edirdi. İntensiv oyun göstərə bilməməyimiz problemlərimizdən biridir. Yaxşı müdafiə oluna, hücumlar yarada bilərik. Lakin bunun üçün çox çalışmaq lazımdır".

Qeyd edək ki, Azərbaycan millisi C Liqasının I qrupunun ilk görüşündə İsveçə 1:3 hesabı ilə uduzmuşdu.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər