"Şansları çoxdur, gecikmək olmaz" - Vaqif Cavadov

"Şansları çoxdur, gecikmək olmaz" - Vaqif Cavadov

"Zirə" və "Qəbələ" ilə müqayisədə "Neftçi"nin Konfrans Liqasındakı rəqibi daha münasibdir". 

Bunu Fanat.Az-a açıqlamasında Azərbaycan yığmasının sabiq hücumçusu Vaqif Cavadov deyib.

Mübarizəyə UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsindən başlayacaq Azərbaycan təmsilçilərinin şanslarını dəyərləndirən Cavadov belə danışıb:

"Ümumi baxsaq, püşk bizimkilərin qarşısına çətin rəqiblər çıxarıb. Müəyyən mənada "Neftçi"nin bəxtinin gətirdiyini deyə bilərik. Kipr təmsilçiləri Azərbaycan klublarından üstün deyil. "Ağ-qaralar"ın "Aris"i keçmək şansı çoxdur. Sadəcə gecikmək olmaz. "Neftçi" baş məşqçi və heyətlə bağlı məsələləri vaxtında qaydaya salmalıdır.

Bu o demək deyil ki, "Qəbələ" "Fehervar"ı , "Zirə" isə "Makkabi"ni mübarizədən kənarlaşdıra bilməz. Şans həmişə var. Rəqibin gücündən, adından çəkinməmək əsas şərtdir. Təmsilçilərimiz psixoloji cəhətdən hazır olmalı, sonadək mübarizə aparmalıdır".  

Xatırladaq ki, "Neftçi" "Aris" (Kipr), "Zirə" "Makkabi" (Təl-Əviv, İsrail), "Qəbələ"ə "Fehervar"la (Macarıstan) üz-üzə gələcək. İlk matçlar iyulun 21-də, cavab qarşılaşmaları bir həftə sonra - 28-də keçiriləcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər