Şahmatçımız Daşkənddə ikinci oldu

Şahmatçımız Daşkənddə ikinci oldu

Azərbaycan şahmatçısı Vüqar Rəsulov Daşkənddə keçirilən Georgi Aqzamov Memorialında ikinci yeri tutub.

Fanat.Az xəbər verir ki, o, son turda Əlişir Süleymenovla (Qazaxıstan) bərabərə qalaraq ümumilikdə 7,5 xal toplayıb.

Digər təmsilçimiz Misrətdin İsgəndərov isə Davron Başipov üzərində qələbə sayəsində xalını 6,5-ə çatdırıb və turniri səkkizinci pillədə başa vurub.   Memorialın qalibi Rəsulovu bir xal yarım qabaqlayan Volodar Murzin (FIDE) olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər