Şahmatçılarımız İtaliyada nə etdi?

Şahmatçılarımız İtaliyada nə etdi?

İtaliyada şahmat üzrə "Vergani Cup" turnirinə yekun vurulub.

Fanat.Az xəbər verir ki, yarışın sonuncu - IX turunda Azərbaycan təmsilçilərindən Ülviyyə Fətəliyeva yerli şahmatçı Mikele Piangerelli ilə üz-üzə gəlib. Ağ fiqurlarla oynayan 25 yaşlı şahmatçımız dueldən qalib ayrılıb.

Gövhər Beydullayeva isə İtaliyanın digər təmsilçisi Alberto Barp ilə heç-heçəyə razılaşıb.

Beləliklə, hər iki şahmatçımız çıxışını 5 xalla başa vurub. Əlavə göstəricilərə görə Fətəliyeva 39-cu, Beydullayeva 41-ci yeri tutub. Qalib 7 xalla hindistanlı Lalit Babu olub.

Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən turnirdə 124 şahmatçı mübarizə aparıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər