Şahmatçılarımız dünya çempionatında mübarizəyə başlayır

Şahmatçılarımız dünya çempionatında mübarizəyə başlayır

Bu gün Qazaxıstanın Almatı şəhərində şahmatın rapid və blits növləri üzrə dünya çempionatına start veriləcək.

Fanat.Az xəbər verir ki, yarışda Azərbaycan təmsilçiləri də mübarizə aparacaq.

Kişilərin yarışında Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Rauf Məmmədov, Vasif Durarbəyli, Vüqar Əsədli, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Abdulla Qədimbəyli, qadınlarda isə Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gövhər Beydullayeva və Ləman Hacıyeva çıxış edəcək.

İlk gündə rapid növündə beş tur oynanılacaq.

Qeyd edək ki, dünya çempionatı dekabrın 30-da başa çatacaq. Mükafat fondu 1 milyon ABŞ dolları olan mundialda 258 qrossmeyster (155 kişi, 103 qadın) mübarizə aparır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər