Şahmatçılarımız Avropa çempionatında iştirak edəcək

Şahmatçılarımız Avropa çempionatında iştirak edəcək

Noyabrın 12-dən 21-dək Sloveniyada şahmat üzrə komandalar arasında Avropa çempionatı keçiriləcək.

Fanat.Az xəbər verir ki, kişilərin yarışında Azərbaycan yığmasının heyətində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Qədir Hüseynov və Nicat Abasov çıxış edəcəklər.

Qadınlardan ibarət komandamızın tərkibində isə Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva yer alacaqlar.

Kişilərin yarışında 18, qadınların turnirində isə 30 komanda iştirak edəcək.

Qeyd edək ki, kişilərdən ibarət millimiz reytinq üzrə ikinci pillədə qərarlaşıb. Lider Rusiya komandasıdır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər