Kişi və qadınlardan ibarət Azərbaycan yığmaları Hindistanın Çennay şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadasında bu gün növbəti görüşlərini keçirəcəklər.
Fanat.Az xəbər verir ki, kişilərdən ibarət yığma IV turda Türkiyə seçməsi ilə qarşılaşacaq. Qadınlar isə İsraillə münasibətləri aydınlaşdıracaq.
Turun bütün görüşləri Bakı vaxtı ilə saat 13:30-da başlayacaq.
Ümumdünya Şahmat Olimpiadası
Kişilər
IV tur Türkiyə - Azərbaycan
Mustafa Yılmaz - Şəhriyar Məmmədyarov Emre Can - Rauf Məmmədov Vahap Sanal - Qədir Hüseynov Cemil Can Əli Marandi - Vasif Durarbəyli
Qadınlar
IV tur İsrail - Azərbaycan
Marsel Yefroimski - Günay Məmmədzadə Dina Belenkaya - Xanım Balacayeva Maşa Klinova - Gövhər Beydullayeva Mixal Lahav - Ülviyyə Fətəliyeva
Əvvəlki üç turda kişilər Əlcəzair (4:0), Filippini (3:1) və Argentinanı (3:1) yenib. Qadınlar isə Birləşmiş Ərəb Əmirlikləri (4:0), Finlandiya (4:0) və Yunanıstanı (2,5:1,5) üstələyib.
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadasında həm kişilər, həm də qadınlar arasında mübarizə İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq. Yarış avqustun 10-da başa çatacaq.