Şahmat Olimpiadası: Azərbaycan yığmasından beşinci qələbə

Şahmat Olimpiadası: Azərbaycan yığmasından beşinci qələbə

Azərbaycanın kişilərdən ibarət milli komandası Hindistanın Çennay şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadasında növbəti qələbəsini qazanıb.

Fanat.Az xəbər verir ki, yığma VII turda İsrail seçməsi ilə qarşılaşıb. Qədir Hüseynov ikinci, Vasif Durarbəyli üçüncü lövhədə rəqiblərini məğlub edib, Şəhriyar Məmmədyarov isə birinci lövhədə heç-heçəyə razılaşıb. Beləliklə, Nicat Abasovun hazırda davam edən görüşünün nəticəsindən asılı olmayaraq seçməmizin qələbəsi dəqiqləşib.

Bu, Azərbaycan millisinin yarışda beşinci qələbəsi olub. Komanda ilk turda Əlcəzairi 4:0, II turda Filippini 3:1, III turda, Argentinanı 2,5:0,5, VI turda Slovakiyanı 3:1 hesabı ilə üstələyib. IV turda Türkiyə ilə heç-heçə edən yığma ardınca Kubaya uduzub.

Ümumdünya Şahmat Olimpiadası

Kişilər

VII tur

Azərbaycan - İsrail

Şəhriyar Məmmədyarov - Avital Boruçovski 0,5:0,5 Qədir Hüseynov - İlya Smirin 1:0 Vasif Durarbəyli - Maksim Rodşteyn 1:0 Nicat Abasov - Yevgeni Postnı

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadasında həm kişilər, həm də qadınlar arasında mübarizə İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq. Yarış avqustun 10-da başa çatacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər