Kişi və qadınlardan ibarət Azərbaycan yığmaları Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında bu gün növbəti görüşlərini keçirəcəklər.
Fanat.Az xəbər verir ki, kişilərdən ibarət yığma III turda Argentina seçməsi ilə qarşılaşacaq. Qadınlar isə Yunanıstanla münasibətləri aydınlaşdıracaq.
Turun bütün görüşləri Bakı vaxtı ilə saat 13:30-da başlayacaq.
Ümumdünya Şahmat Olimpiadası
Kişilər
III tur Azərbaycan - Argentina
Şəhriyar Məmmədyarov - Fernando Peralta Rauf Məmmədov - Federiko Peres Qədir Hüseynov - Leandro Kris Nicat Abasov - Dieqo Flores
Məmmədyarovla Hüseynov ağ, Məmmədov və Abasov qara fiqurlarla oynayacaq.
Qadınlar
III tur Azərbaycan - Yunanıstan
Günay Məmmədzadə - Stavrula Tsulakidu Xanım Balacayeva - Anastasiya Avromidu Gövhər Beydullayeva - Yekaterina Pavlidu Gülnar Məmmədova - Haritomeni Markontonaki
Məmmədzadə və Beydullayeva ağ, Balacayeva ilə Məmmədova qara fiqurlarla mübarizə aparacaq.
İlk iki turda kişilər Əlcəzair (4:0) və Filippini (3:1) yenib. Qadınlar isə Birləşmiş Ərəb Əmirlikləri və Finlandiyanı "quru hesab"la üstələyib.
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadasında həm kişilər, həm də qadınlar arasında mübarizə İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq. Yarış avqustun 10-da başa çatacaq.