Şahmat Olimpiadası: Azərbaycan komandaları 5-ci turda nə etdi?

Şahmat Olimpiadası: Azərbaycan komandaları 5-ci turda nə etdi?

Naxçıvanda Yeniyetmələrin Şahmat Olimpiadası davam edir.

Fanat.Az xəbər verir ki, yarışda bu gün beşinci turun görüşləri keçirilib.

Azərbaycanın dördüncü komandası ölkənin ikinci komandasını, üçüncü komanda Misiri yenib. Birinci komanda Özbəkistan-1-lə, Naxçıvan Kanada ilə, Sumqayıt Panama ilə "sülh bağlayıb".

V tur

Azərbaycan-1 - Özbəkistan-1 2:2 Azərbaycan-2 - Azərbaycan-4 1:3 Kanada - Azərbaycan-Naxçıvan 2:2 Azərbaycan-Sumqayıt - Panama 2:2 Misir - Azərbaycan-3 1:3

Bu nəticələrdən sonra xalını 7-yə çatdıran Azərbaycan-1 və Azərbaycan-4 turnir cədvəlində, müvafiq olaraq, 5 və 10-cu pillələrdə qərarlaşıblar. İlk üç sırada Türkiyə (10 xal), Qazaxıstan və Kuba (hər ikisi 8 xal) yer alır.

Qeyd edək ki, 9 turdan ibarət yarışa oktyabrın 10-da yekun vurulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər