Rüstəm Məmmədov Balkan çempionatının qalibi oldu

Rüstəm Məmmədov Balkan çempionatının qalibi oldu

Azərbaycan millisi Serbiyanın paytaxtı Belqradda atletika üzrə qapalı məkanda keçirilən Balkan çempionatında ilk medalını qazanıb.

Fanat.Az xəbər verir ki, bu uğura üç təkanla tullanma növündə mübarizə aparan Rüstəm Məmmədov imza atıb.

O, 16,30 m göstərici ilə 9 ölkədən 12 idmançının mübarizə apardığı yarışda bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, son dəfə Azərbaycan idmançılarından Nazim Babayev 2020-ci ildə qapalı məkanda Balkan çempionatının qalibi olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər