Rusiyalı və belarusiyalı yüngül atletlər yarışlardan məhrum edildi

Rusiyalı və belarusiyalı yüngül atletlər yarışlardan məhrum edildi

Ümumdünya Atletikası (World Athletics) Rusiya və Belarus idmançılarının öz bayrağı altında keçirilən bütün yarışlarda iştirakını məhdudlaşdırıb.

Fanat.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, qərar Ukraynaya hərbi müdaxilə ilə əlaqədar qəbul olunub.

Atletlərlə yanaşı, yardımçı heyət və digər rəsmilər də beynəlxalq turnirlərdən kənarlaşdırılıb.

Qərar neytral status daşıyan idmançılara da şamil olunacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər