Rusiya və Belarus yığmamıza rəqib olmayacaq

Rusiya və Belarus yığmamıza rəqib olmayacaq

Rusiya və Belarus yığmalarının Beynəlxalq Şahmat Federasiyasının (FIDE) bayrağı altında keçirilən turnirlərdə iştirakına qadağa qoyulub.

Fanat.Az xəbər verir ki, bu barədə FIDE Şurası qərar çıxarıb. Qərar Beynəlxalq Olimpiya Komitəsinin tövsiyələri nəzərə alınaraq qəbul edilib.

Beləliklə, Rusiya və Belarus bu il keçiriləcək Şahmat Olimpiadasında iştirak etməyəcək. Rusiya həmçinin Azərbaycan yığmasının qatılacağı daha bir mühüm yarışı - komandalararası dünya çempionatını da buraxacaq.

Hər iki ölkənin təmsilçiləri fərdi turnirlərdə neytral statusda iştirak edə bilərlər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər