Rəcəbov üç rusiyalı ilə "sülh bağladı"

Rəcəbov üç rusiyalı ilə "sülh bağladı"

Azərbaycan şahmatçısı Teymur Rəcəbovun iştirakı ilə Rusiyanın paytaxtı Moskvada “Chess Stars” turniri start götürüb.

Fanat.Az xəbər verir ki, turnirin ilk günündə rapid üzrə üç tur oynanılıb. 35 yaşlı qrossmeysterimiz ilk görüşündə rusiyalı Aleksandr Morozeviçlə heç-heçə edib. Rəcəbov ardınca digər rusiyalılar - Vladislav Artemyev və Katerina Laqno ilə qarşılaşıb və hər iki görüşdə "sülh"ə razılaşıb. Bu nəticələrdən sonra təcrübəli şahmatçımız 1,5 xalla altıncı yerdədir.

Turnirdə həmçinin Vladimir Kramnik, Sergey Karyakin, Ernesto İnarkiyev (hamısı Rusiya), Fransisko Valyexo (İspaniya) və Raunak Sadvani (Hindistan) də mübarizə aparır.

Üç gün ərzində iştirakçılar rapid, ardınca isə blits üzrə oynayacaqlar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər