Rəcəbov Moskvada iki rusiyalını yenib, biri ilə heç-heçə etdi

Rəcəbov Moskvada iki rusiyalını yenib, biri ilə heç-heçə etdi

Azərbaycan şahmatçısı Teymur Rəcəbovun iştirakı ilə Rusiyanın paytaxtı Moskvada təşkil olunan “Chess Stars” turniri davam edir.

Fanat.Az xəbər verir ki, turnirin ikinci günündə rapid üzrə daha üç tur oynanılıb. 35 yaşlı qrossmeysterimiz ilk görüşündə rusiyalı Aleksandra Qoryaçkinaya qalib gəlib. Ardınca digər ev sahibi Vladimir Kramniklə heç-heçə edən Rəcəbov günün son oyununda Ernesto İnarkiyevi (Rusiya) yenib.

Bu nəticələrdən sonra xalını 4-ə çatdıran təcrübəli şahmatçımız 10 iştirakçı arasında 3-cü yerdə qərarlaşıb. Lider 4,5 xal hasil edən hindistanlı Raunak Sadvanidir.

Qeyd edək ki, şahmatçılar üç gün ərzində rapid, ardınca isə blits üzrə mübarizə aparacaqlar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər