Rafael Fiziyevin növbəti rəqibi bəlli olur - ADLAR

Rafael Fiziyevin növbəti rəqibi bəlli olur - ADLAR

UFC-nin yüngül çəki dərəcəsində mübarizə aparan azərbycanlı döyüşçü Rafael Fiziyevin oktaqona qayıdışı böyük maraq doğurur.

Fanat.Az xəbər verir ki, Bakıda Manuel Torresi nokautla məğlub edən və iddialı mövqeyini bərpa etmək istəyən idmançının növbəti döyüşü üçün potensial rəqiblərin adları dəqiqləşib

"Ataman"ın növbəti rəqibi rəsmi olaraq təqdim edilən bu 4 güclü döyüşçüdən biri olacaq:  Çarlz Oliveyra  Den Huker   Mateuş Qamrot   Kuillan Salkilld 

Siyahıda həm sabiq çempionun, həm də çəkinin ən təhlükəli idmançılarının yer alması Fiziyevi növbəti döyüşdə çox çətin və gərgin bir sınağın gözlədiyindən xəbər verir. Yüngül çəki divizionunda böyük intriqa vəd edən qarşılaşmanın yaxın müddətdə rəsmən elan olunacağı gözlənilir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər