Qurbanov nə Cəfərquliyevi "Tvente"yə qarşı oynada biləcək, nə də bu legionerləri

Qurbanov nə Cəfərquliyevi "Tvente"yə qarşı oynada biləcək, nə də bu legionerləri

UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivısində "Tvente"nin qonağı olacaq "Qarabağ"ın meydana neçə itki ilə çıxacağı bəllidir.

Klubun mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, Qurban Qurbanov Niderlanddakı görüşdə 3 futbolçunun xidmətindən yararlana bilməyəcək.

Müdafiəçi Cəbrayıl Makreçkis əvvəlki raundda Kiyev "Dinamo"suna qarşı Polşadakı matçda (0:1) aldığı qırmızı vərəqə səbəbindən Enshededə də meydana çıxmayacaqsa, digər müdafiəçi Elvin Cəfərquliyev və hücumçu Zakaria Savo zədə üzündən kənarda qalacaqlar. 

Qeyd edək ki, "Tvente" – "Qarabağ" qarşılaşması avqustun 20-də, Bakı vaxtı ilə saat 22:00-da baş tutacaq. Tərəflərin cavab qarşılaşması iyulun 27-də, Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər