"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov klubun mətbuat xidmətinə açıqlamasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin püşkünü dəyərləndirib. Fanat.Az xəbər verir ki, "Köhlən atlar"ın çalışdırıcısı açıqlamasında bunları deyib: “Bu mövsüm avrokuboklara hansı istəklə başlamışdıqsa, o istəklə oyunlara çıxacağıq. Futbolçularıma necə güvənirdimsə, indi də elədir. Konfrans Liqasının pley-off mərhələsində bütün potensial rəqiblərimiz güclü idi. Ötən il olduğu kimi, bu il də ilk olaraq bizim rəqibimiz müəyyənləşdi. “Gent" ciddi rəqibdir. Belçika futbolu milli komanda səviyyəsində uğurlar əldə edib. Son illərdə klub səviyyəsində inkişaf göz önündədir. Bu mövsüm Belçikanın digər təmsilçisi “Brügge” Çempionlar Liqasında güclü komandaların yer aldığı qrupda 2-ci yeri tutaraq, mərhələ adlamağı bacarıb. Bu isə onların çempionatlarının, klublarının gücündən və rəqabətindən xəbər verir”. Təcrübəli çalışdırıcı vurğulayıb ki, oyunlara qədər qarşıda xeyli vaxt var: “Futbolçularımıza hər xırda elementi düzgün izah edəcəyik. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. İlk oyunumuz evdə olacaq. İnanıram ki, həm evdə, həm də səfərdə azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik”. Qeyd edək ki, “Qarabağ” – “Gent” oyunu 2023-cü il fevralın 16-da baş tutacaq. Bir həftə sonra rəqiblər Belçikada üz-üzə gələcək.
Qurban Qurbanov: "Gent" güclü rəqibdir"
TREND
Tv Afişa
10:47
18.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
18:19
15.10.2026
"Qarabağ"ın 3 futbolçusu "Neftçi"yə qarşı oynaya bilməyəcək
Azərbaycan futbolu
17:51
19.10.2026
"Sabah" - "Borussiya" matçına neçə bilet satılıb? - SON DURUM
Azərbaycan futbolu
13:55
15.10.2026
Yuri Vernidub onu "Qarabağ"a qarşı oynada bilməyəcək - AÇIQLAMA
Oxşar xəbərlər
Futbol
11:42
16.10.2026
Salah Avropa futbolunda tarixi göstəriciyə imza atdı
Konfrans Liqası
01:38
16.10.2026
KL: "Trabzonspor"dan inamlı qələbə
Konfrans Liqası
10:26
15.10.2026
KL: Murad Məmmədovlu "Pafos" "Atalanta" ilə üz-üzə, "Trabzonspor" "Sabah"ın ÇL-dən uzaqlaşdırdığı komanda ilə qarşılaşır
Futbol
15:01
28.08.2026
Bense Varkonyi: "Bir az vaxta ehtiyacımız var"