Qurban Qurbanov "Dinamo"ya məğlubiyyətdən sonra belə danışdı

Qurban Qurbanov "Dinamo"ya məğlubiyyətdən sonra belə danışdı

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Dinamo"ya (Kiyev, Ukrayna) 0:1 hesabı ilə uduzan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov matçı dəyərləndirib.

Fanat.Az xəbər verir ki, mütəxəssis güclü rəqibə qarşı çıxış etdiklərini bildirib:

"Danışılası çox şey yoxdur. Rəqibi təbrik edirəm. Cavab qarşılaşmasına hazırlaşmalıyıq. Onlar çox yaxşı müdafiə olundular və sürətli əks-hücumlara çıxırdılar. Sürəti, dinamikanı qaldırmaq lazım idi. Bəlkə də hava şəraiti buna imkan vermədi. Həddindən artıq isti idi. Futbolçuların üzərinə çox getmək istəmədim. Bakıdakı cavab görüşünə hazırlaşacağıq. Bunun üçün 5-6 gün vaxtımız olacaq. Matçı tam analiz edəcəyik və növbəti oyuna hazırlaşacağıq".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər