"Qurban Qurbanov yaxşı balanlaşdırılmış bir komanda qurub" - İqor Kostyuk

"Qurban Qurbanov yaxşı balanlaşdırılmış bir komanda qurub" - İqor Kostyuk

Kiyev "Dinamo"su UEFA Konfrans Liqasının III təsnifat mərəhələsinin cavab oyunu üçün Bakıdadır. Polşanın Lublin şəhərində baş tutan "Qarabağ"ı 1:0 hesabı ilə üstələyən Ukrayna təmsilçisinin baş məşqçisi İqor Kostyuk oyundan öncə təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Fanat.Az təcrübəli mütəxəssisin media mənsubları ilə qısa dialoqunu təqdim edir:

- Özünüz də uzun müddətdir ki, "Dinamo"nun baş məşqçsisiniz. Qurban Qurbanov da 17 ildir "Qarabağ"a başçılıq edir. Ona qarşı mübarizə aparmaq necə bir hissdir? - Əlbəttə ki, Qurban Qurbanov yaxşı balanlaşdırılmış bir komanda qurub. Bizi maraqlı oyun gözləyir.

- Komandada hansı itkilər var? - Bundan öncə olanlar... Başqası yoxdur.

O, həmçinin əlavə edib: "Şəhəriniz və insanlarınız çox xoş təsir bağışladı. Ümumiyyətlə, Azərbaycan xalqının bizə qarşı münasibəyti xoşdur. Azarkeşlərimiz də bizi dəstəkləyir". 

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər