"Qızıl buts" mükafatına namizədlərin reytinqi bəllidir - Mbappe 2-ci yerdədir

"Qızıl buts" mükafatına namizədlərin reytinqi bəllidir - Mbappe 2-ci yerdədir

Cari mövsüm "Qızıl buts" mükafatını qazanmağa əsas namizədlərin adları bəllidir.

Fanat.Az xəbər verir ki, reytinqə Almaniya Bundesliqasında vurduğu 30 qolla Harri Keyn başçılıq edir.

İngilis hücumçunun hesabında 60 xal var. "Real Madrid"in fransalı ulduzu Kilian Mbappe (23 qol) Keyndən 14 xal geri qalır. 3-cü sırada 22 qol və 44 xalla "Mançester Siti"nin norveçli forvardı Erlinq Holand qərarlaşıb.

Qeyd edək ki, top-5 liqalarda hər qol 2 xalla qiymətləndirilir. Gücünə görə 6-21-ci yerlərdə olan çempionatlarda bu əmsal 1,5-ə, qalanlarında 1-ə bərabərdir. 2024/25 mövsümündə "Qızıl buts"u Kilian Mbappe qazanıb. Fransa millisinin üzvü bu uğura La Liqadakı debüt mövsümündə nail olub.

Toğrul 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər