"Qərarların çoxu bizim lehimizə verilmədi" - Camal Musiala

"Qərarların çoxu bizim lehimizə verilmədi" - Camal Musiala

Almaniya millisinin hücumameyilli yarımmüdafiəçisi Camal Musiala Millətlər Liqasının 2-ci turunda səfərdə Niderland millisinə qarşı keçirdikləri oyunun (2:2) hakimi barədə danışıb.

Fanat.Az xəbər verir ki, "UEFA Nations League" onun sözlərini belə çatdırıb:

"Hakim haqda kamera önündə çox danışmaq istəmirəm. Amma hiss etdim ki, qərarların çoxu bizim lehimizə verilmədi. Öz oyunumuza baxmalı və onun yaxşıya doğru dəyişdiyinə əmin olmalıyıq".

Xatırladaq ki, "Bayern Münhen"in formasını geyinən Musiala ötən mövsüm bütün turnirlərdə 38 matça çıxaraq 12 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər