"Necə də inanılmaz səyahət idi!" - Orxan Məmmədov ÇL-in qaliblərini təbrik etdi

"Necə də inanılmaz səyahət idi!" - Orxan Məmmədov ÇL-in qaliblərini təbrik etdi

Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti Orxan Məmmədov "Birbaşa Bakı"nın Çempionlar Liqasının qalibi olmasına şəxsi "X" hesabında münasibət bildirib.

Fanat.Az xəbər verir ki, o, belə bir paylaşım edib:

"Avropa çempionları! "‘Birbaşa Bakı" komandası Çempionlar Liqasının finalında Çexiyanın "Brno" kollektivinə 2:1 hesabı ilə qalib gələrək çempion oldu. Necə də inanılmaz səyahət idi! Futbolçularımız hər addımda ürək, qətiyyət və bacarıq nümayiş etdirdilər. Biz Avropa çempionu olmaqdan qürur duyuruq! Təbriklər!"

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər