"Monako" Mbappeni istəyənləri məyus etdi

"Monako" Mbappeni istəyənləri məyus etdi

 

Fransa çempionu “Monako” aparıcı hücumçularına yeni müqavilələr təklif edəcək. Fanat.Az xəbər verir ki, bu barədə informasiyanı “Get Football News France” yayıb.

Mənbə 31 yaşlı Radamel Falkaonun 2018-ci ilədək nəzərdə tutulan sözləşməsinin yenilənəcəyini vurğulayıb. Eyni zamanda, dünya nəhənglərinin transfer siyahısında olan 18 yaşlı Kilian Mbappenin maaşının 3 dəfə artırılacağı və onunla uzunmüddətli anlaşma imzalanacağı bildirilib.

Qeyd edək ki, Liqa 1-in son qalibi Çempionlar Liqasında da yarımfinaladək irəliləyərək “Yuventus” səddinə ilişib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər